Kenny’s Healthy Cafe

Port Baku 2-də yerləşən 'Kenny’s' — sağlam qidalanma mədəniyyətinə həsr olunmuş müasir bir kafedir.

Məkan təbii, mövsümi inqredientlərə əsaslanan balanslaşdırılmış və zəngin bir menyu təklif edir. Menyumuza qidalı boullar, təravətləndirici smuzilər, təzə sıxılmış şirələr, sağlam yulaf yeməkləri, meyvəli kokteyllər və dadlı vaflilər daxildir.

'Kenny’s'in fəlsəfəsi — təzə və təbii məhsulları istifadə edərək onların orijinal dadını və maksimum faydasını qorumaqdır.

Bu kafe, sağlam həyat tərzini seçən və keyfiyyətli qidalanmanı şəhərin dinamik ab-havası ilə birləşdirmək istəyənlər üçün ideal məkandır. 'Kenny’s' həm tez səhər yeməkləri və naharlar, həm də rahat və komfortlu görüşlər üçün mükəmməl seçimdir.